Qurban Qurbanov oğlunun İsveçdə 2 qol vurmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov oğlunun İsveçdə 2 qol vurmasından danışdı

İdman

28 Avqust 2023 11:58 568


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  "Yurqorden"də çıxış edən oğlu Musa Qurbanlının İsveç çempionatının 21-ci turunda "Deqefors"la matçda iki qol vurub, bir qol ötürməsi verməsinə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, o, Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz"lə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: 

"Xəbərim var idi ki, oyunu var. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!