Qurban Qurbanov “Qalatasaray”la oyuna daha bir futbolçu dəvət etdi

Qurban Qurbanov “Qalatasaray”la oyuna daha bir futbolçu dəvət etdi

İdman Veb saytların hazırlanması

26 Mart 2023 17:58 972


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib.

Yenisabah.az xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl bu görüşə “Zirə”dən Anar Nəzirov və Donald Gerye, “Şamaxı”dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı. Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” görüşü yerli vaxtla saat 20:00-da başlanacaq./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!