Qurban Qurbanov “Qarabağ”dan ayrılır? - Özü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Qarabağ”dan ayrılır? - Özü danışdı

İdman

15 Mart 2024 16:33 926


“Qarabağ”dan ayrılmaq istəmirəm. 

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə münasibət bildirərkən deyib. 

“Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - deyə Qurban Qurbanov qeyd edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!