Qurban Qurbanov “Qarabağ“ın rəqibindən   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Qarabağ“ın rəqibindən DANIŞDI

İdman

31 Avqust 2020 16:57 1103


"Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, klubun mətbuat xidmətində açıqlamasında "Molde"nin (Norveç) son illər yüksəlişdə olduğunu bildirib: "Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq". Toyuqlu pizza

Qeyd edək ki, "Qarabağ" "Molde" ilə Bakıda qarşılaşacaq. Görüş sentyabrın 15-i və ya 16-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!