Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı 

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı 

İdman

01 Fevral 2024 14:41 1094


“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 

Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/09 mövsümündə qeydə alınıb.  pizza

Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun komandası Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!