Qurban Qurbanov: “Rəqib bizi yaxşı tanıyır”

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov: “Rəqib bizi yaxşı tanıyır”

İdman

05 Oktyabr 2022 11:55 1046


Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” komandası ilə qarşılaşacaq “Qarabağ” klubu Yunanıstana yollanıb.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O, Yunanıstan səfərinə matça bir gün qalmış getmələrinin səbəbini açıqlayıb: "Bəzən proqramda dəyişikliklər olur. Bir gün əvvəldən səfərə gedirik. Vaxtımız az idi. Bu səbəbdən Bakıda çalışmağa üstünlük verdik. Ümumən belə pis deyil. Futbolçuların durumu əvvəlkinə nisbətən yaxşıya doğru gedir. "Olimpiakos"a yeni rəqib deyə bilərəm. Baş məşqçiləri təzədir və son matçda fərqli oyun göstərdilər". Marqarita pizza

Q.Qurbanov səfər matçına qələbə üçün yollandıqlarını bildirib: "Qalibiyyətin bizim tərəfdə olmasını istərdim. Hər şeyi nəzərə almaq lazımdır. Rəqibdə iki məğlubiyyətdən sonra dəyişikliklər edildi. Məşqçini dəyişdilər. Çox narahat olduğum rəqiblərdə anidən məşqçi dəyişikliyinin yaşanmasıdır. Çalışırıq hər şey qaydasında olsun. "Olimpiakos" bizi daha yaxşı tanıyır. Belə hallar bizə böyük təcrübə verir. Rəqib bizimlə matça ciddi hazırlaşır. Oyun zamanı bəzi detallara çox diqqət etməli olacağıq. Futbolçuların üzərinə böyük məsuliyyət və güc düşəcək. Diqqətli olmalıdırlar". 

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!