Qurban Qurbanov şəhid qızının əlindən öpdü 

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov şəhid qızının əlindən öpdü 

İdman

27 Mart 2023 10:40 930


Dünən Bakı Olimpiya Stadionunda keçirilən Qarabağ-Qalatasaray matçı maraqlı nüanslarla yadda qaldı. 

Yenisabah.az xəbər verir ki, qonaqlarının 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl və sonra stadionda maraqlı anlar yaşanıb. 

Şəhid övladlarının stadiona gəlişi və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşü təsirli anların yaşanmasına səbəb olub. Qurban Qurbanovun şəhid mayor Elsevər Paşayevin qızları ilə görüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Baş məşqçinin şəhid mayorun qızları Nəzrin və Banunun əllərini öpməsi alqışlanıb. Həmin anı əks etdirən görüntülər minlərlə sosial media iştirakçısı tərəfindən paylaşılaraq təqdir olunub.  Dominos pizza

Qeyd edək ki, şəhid mayor Elsevər Paşayev əslən Cəbrayıl rayonundandır. O, 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Şəhla Ağazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!