Qurban Qurbanov: “Xankəndi stadionuna görə həddindən artıq sevincliyəm“

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov: “Xankəndi stadionuna görə həddindən artıq sevincliyəm“

İdman

21 Dekabr 2023 16:55 990


"Sizi təbrik edirəm. Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib: "Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq". pizza

Təcrübəli baş məşqçi Riçard Almeydanın başından zədə aldığı üçün görüşü davam etdirə bilmədiyini sözlərinə əlavə edib: "MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!