Qurban Qurbanova həsr edilmiş film təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanova həsr edilmiş film təqdim olundu

İdman

27 Noyabr 2023 23:50 927


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, “Stadionlar səssiz olanda” adlı idman əsərinin premyerası Nizami Kino Mərkəzində baş tutub.

Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub. pizza

Filmin nümayişindən sonra çıxış edən səbəbkar bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!