Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması 

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması 

İdman

25 Aprel 2024 13:05 702


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adının Türkiyənin  "Beşiktaş" klubu ilə birgə hallanmasına münasibət bildirib. 

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı suala belə cavab verib: 

"Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Normal prosesdir. "Qarabağ"dayam, bu kluba bağlıyam. Məncə, özümüz də az müzakirə etsək, daha yaxşı olar. Ay yarımdır gah o klub, gah bu klub... Bu cür fikirlərdən uzaq olmağa çalışıram. Həmişə xoşlamışam ki, qərar qəbul olunsun və ondan sonra fikir bildirim. Sizə həqiqi məlumatı çatdırım. Yoxsa, biri ordan, biri burdan... Çox da ucuzlaşdırmaq lazım deyil. Bu gün "Qarabağ"dayam və bu klub haqda düşünürəm. Burada daha da böyümək, daha da yaxşı nəticələr vermək lazımdır. Azərbaycan futbolu haqda daha çox düşünmək gərəkdir. "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!