“Qurban Qurbanovdan çox şey öyrənmişəm“ - “Sauthempton“un baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qurban Qurbanovdan çox şey öyrənmişəm“ - “Sauthempton“un baş məşqçisi

İdman

18 Fevral 2023 12:35 908


"Sauthempton"un müvəqqəti baş məşqçisi Ruben Selles İngiltərə Premyer Liqasında "Çelsi" ilə bugünkü oyun öncəsi mətbuat konfransı keçirib. 

Yenisabah.az xəbər verir ki, o, konfrans zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan çox şey öyrəndiyini deyib: 

"Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə qazandırıb. "Qarabağ"da Qurban Qurbanov  çox şey öyrəndim. Və bu öyrənmə nəticəsində düşünürəm ki, komandam vasitəsilə öz şəxsiyyətimi göstərə bilərəm.  Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu, Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də 4-3-3 taktiki sxemi ilə oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi".  pizza hut

O, Rafael Bentiesin də həmişə onun üçün nümunə olduğunu  vurğulayıb. 

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib./Qol.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!