Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

İdman

28 Mart 2024 14:45 6488


UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi 2 oyunluq cəzalandırıb.

Yenisabah.az sportinfo.az-a istinadla xəbər verir ki, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.

O, Bakıda "Bayer"ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Pepperoni pizza

Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.

Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Azərbaycan millisi Bakıda "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

"Tofiq Bəhramov"da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər - 1:1.

Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib.

Sarı kart alan Elvin fitnal fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq "kotostrofa" ifadəsini işlədib.

Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. Son vaxtlar davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.

"Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib. Təcrübəli mütəxəssisin bundan dolayı Elvini böyük miqdarda cərimələməsinə dair məlumat almışıq.

Əldə etdiyimiz informasiyaya görə, Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir.

Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şamil
    Elvinin aqressiv davranışı Qarabağa və milliyə ciddi ziyan vurur. O öz davranışlarına çəki-düzən verməlidir.
    2 years ago