Qurban Qurbanovun dünya reytinqindəki yeri 

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovun dünya reytinqindəki yeri 

İdman

22 Mart 2024 21:04 1680


Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.  pizza sifarişi

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib. 

Qeyd edək ki, cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!