Türkiyədəki zəlzələ bölgəsindən yayılan videolar sosial şəbəkələrdə gündəm olmağa davam edir.
Baş vermiş güclü zəlzələdə həlak olanların sayı getdikcə artır. Son məlumatlara görə, təbii fəlakət zamanı 18 342 nəfər həyatını itirib, 10 mindən çox bina dağılıb.
Hazırda dağılan binaların altından insanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. Eyni zamanda dünyasını dəyişən şəxslərin dəfni üçün yeni məzarlıqlar salınır. Toyuqlu pizza
Ortaya çıxan mənzərə isə ürək dağlayır. Bölgədən gələn məlumatlara görə, kəfən çatışmazlığı var.
Zəlzələ qurbanlarını bu şərtlər altında dəfn etmək mümkündürmü? Bununla bağlı İslam dini nə deyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu cür kütləvi ölümlər olduğu halda, meyitləri toplu şəkildə kəfənsiz dəfn etmək olar:
“Allah zəlzələdə vəfat edən bütün qardaş və bacılarımıza rəhmət eləsin. Bildiyiniz kimi, insan vəfat edəndə dinimizə görə onu qüsullayır, kəfənləyir daha sonra axirət evinə göndərirlər. Bu dinimizin əmri, fərmanıdır. Amma bəzən elə olur ki, bir məzara bir neçə meyit yerləşdirmək məcburiyyəti olur, bu zaman meyitləri belə basdırmaq istisna edilmir. Hal-hazırda orada ölənlərin sayı o qədər çoxdur ki, yer baxımından əziyyət çəkirlər. Əgər Türkiyədə belə zərurət yaranıbsa, hər halda, oradakı din adamlarına da müraciət olunur. Peğəmbərimiz əleyhissəlamın dövründə də bəzən elə hadisələr olub ki, bir qəbrə bir neçə adamı dəfn ediblər. Həm də bu normal ölüm hadisəsi kimi qiymətləndirilmir”.
İlahiyyatçının sözlərinə görə, təbii fəlakət zamanı vəfat edənlər şəhid hökmündə dəfn edilirlər. Bu zamansa, İslam dinində bəzi istisnalar mövcuddur:
“Dinimizə görə, insanların bu cür kütləvi ölümü olduğu zaman ölənləri şəhid hökmündə dəfn edirlər. Şəhidlərin isə digər ölənlərdən fərqli dəfn forması var. Məsələn, savaş meydanında şəhid olmuş bir adam haqqında dinimiz deyir ki, onun üzərindəki yaraya, qana toxunmayın, öz paltarı ilə dəfn edin. Ölünün paltarını dəyişib, kəfənləyərlər, şəhidlər ölülər sayılmaz, onları öz halları ilə dəfn edərlər. Bu baxımdan belə kritik dövrdə vəfat edən insanların hökmü şəhid hökmündə olduğundan dolayı onları öz paltarlarında da dəfn etmək olar”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız