Qurban Yetirmişli: “Yanğıntı və daşqınalar zəlzələyə səbəb ola bilməz”

saytların hazırlanması

Evə çatdırılma

Qurban Yetirmişli: “Yanğıntı və daşqınalar zəlzələyə səbəb ola bilməz”

Sosial

07 Aprel 2026 10:30 225


“Son günlər baş verən yanğıntı və daşqınalar zəlzələyə səbəb ola bilməz. Leysan yağışların heç cür yerin daxilində gedən proseslərə təsir göstərə bilməz. Əlaqəsi yoxdur, çünki bunlar yer üstündə səthi proseslərdir. Deyirlər ki, Xəzərdə bu gün iki dəfə zəlzələ oldu. Onsuz da Xəzərdə baş verən zəlzələ adətən 65-75 kilometr dərinlikdə yaranır”.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, yağış suları sel kimi axır, yuyur, fəsadlar əmələ gətirir: “Hamısını gördük, kanalizasiya sistemlərinin işləməməsi, kollektorların dağılması körpüaltı necə fəsadlar törədir. Bu cür leysan yağışlar yalnız sürüşmə zonalarına təsir edə bilər. Dünən gedib baxdım. Badamdarda, Bayıl tərəfdə sürüşmələr var. Təbiidir, çünki yağış suları sürüşmə müstəvisində torpaq laylarının altına yığılır, torpağı yumağa başlayır, nəticədə sürüşmə baş verir. Yenə də deyirəm, yağışların zəlzələ ilə heç bir əlaqəsi ola bilməz”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!