“44 günlük savaşın danılmaz nəticələri var”.
Yenisabah.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib. O, daha sonra Qarabağ savaşından əldə olunan nəticələri qeyd edib.
“1. Məcburi köçkünlərin əksəriyyətinin evə qayıtma şansı pizza mizza
2. İranla sərhədə nəzarət
3. Su rezervuarlarına nəzarətin qismən bərpası (bu o deməkdir ki, gələn yay su qıtlığı problemi olmayacaq)
4. Məğlub sindromundan çıxmışıq
İstənilən halda, bu savaş yanlış savaş deyildi. Qurbanlar boşuna deyildi. Ordumuz tarix yazdı.
Amma və lakin cəmiyyət olaraq dövlət müstəqilliyimizi Rusiya müdaxiləsindən qorumaq və münaqişəni BİRYOLLUQ həll etmək üçün dirəniş göstərməliyik”, - deyə jurnalist vurğulayıb.
Telegram kanalımız