Qurbanlıq bazarında vəziyyət “qızışdı”:   Qiymətlər qalxdı...

saytların hazırlanması

Evə çatdırılma

Qurbanlıq bazarında vəziyyət “qızışdı”: Qiymətlər qalxdı...

Sosial

06 İyun 2025 11:46 593


 Bu gün Qurban bayramının ilk günüdür. Bayram münasibətilə Bakıda qurbanlıq heyvanların satışı ən yüksək həddə çatıb.

“Yeni Sabah”ın satış məntəqələrindən əldə etdiyi məlumata görə, qiymətlərdə artım müşahidə olunur.

Hazırda paytaxtdakı satış nöqtələrində ən kiçik quzuların çəkisi 14-15 kiloqram arasında dəyişir. Diri çəkidə 1 kiloqramın qiyməti isə 11 manatdır. Tək-tək ərazilərdə 1 manat ucuza təklif olunur. Məlumat üçün bildirək ki, cəmi iki həftə əvvəl bu rəqəm daha aşağı olub.  pizza hut

Satıcıların sözlərinə görə, adətən qurbanlıq quzuların çəkisi 28-35 kiloqram arasında olur. Bu da bir heyvanın ümumi qiymətinin təxminən 300-385 manat arasında dəyişməsinə səbəb olur.

Qiymət artımı əsasən yem və nəqliyyat xərclərinin yüksəlməsi ilə əlaqələndirilir. Alıcılar isə son gün olmasına baxmayaraq, bəzi yerlərdə qiymətlərin bir qədər də artdığını bildirirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!