Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

Siyasət

09 May 2025 00:37 612


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova Azərbaycana rəsmi səfər etmək barədə dəvət məktubu göndərib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TDH (Türkmənistanın Dövlət İnformasiya Agentliyi) məlumat yayıb.

Azərbaycan Prezidenti məktubda qeyd edib ki, iki ölkəni xalqların iradəsindən qaynaqlanan dostluq və qardaşlıq əlaqələri, ümumi köklər, həmçinin mənəvi və mədəni dəyərlər birləşdirir. pizza

Agentlik həmçinin bildirir ki, İlham Əliyev xüsusi olaraq Qurbanqulu Berdiməhəmmədovun dövlətlərarası münasibətlərin və strateji tərəfdaşlığın inkişafına şəxsi töhfəsini vurğulayıb.

Azərbaycan Prezidenti əlavə edib ki, qarşıdakı səfərin münasibətlərin daha da inkişafına və ölkələrarası əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əmindir.

Müraciətin sonunda İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova möhkəm sağlamlıq, xoşbəxtlik və fəaliyyətində uğurlar, Türkmənistanın qardaş xalqına isə əbədi rifah və firavanlıq arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!