Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlir

Siyasət

17 Mart 2026 16:16 507


Türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədov mayda Bakıda keçiriləcək Dünya Şəhərlər Forumunun 13-cü sessiyasında (World Urban Forum - WUF13) iştirak edəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov "Report"a müsahibəsində bildirib.

"Forumun işində türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etməsi gözlənilir. Onun səfəri Türkmənistanda şəhərlərin dayanıqlı inkişafı məsələləri üzrə beynəlxalq dialoqda fəal iştiraka sadiqliyini vurğulayacaq", - o deyib. Toyuqlu pizza

Səfir qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının qlobal gündəminin irəliləməsində və müasir urbanistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq:

"Türkmənistanda mənzil tikintisi və modernizasiyası, həmçinin əhalinin rahat yaşayış şəraitinin yaradılması məsələlərinə prioritet diqqət yetirilir. Dövlət şəhərsalma siyasətinin əsas istiqaməti əlverişli, müasir və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır. Bu kursun parlaq təsdiqi ölkənin paytaxtı Aşqabad, həmçinin dinamik inkişafı və şəhər infrastrukturunun planlaşdırılmasına kompleks yanaşmanı nümayiş etdirən Arkadaq şəhəridir".

Qeyd edək ki, WUF13 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!