Quru sərhədlər bu tarixdə açıla bilər -   YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlər bu tarixdə açıla bilər - YENİ QƏRAR

Siyasət

16 Mart 2026 12:34 13385


Azərbaycanın quru sərhədləri bu il iyulun 1-dək bağlı qalacaq.

“Yeni Sabah” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda öz əksini tapıb.

Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. pizza mizza

Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək artırılıb.

Karantin rejiminin əsas bəndlərindən biri quru sərhdələrin bağlı saxlanılmasıdır. Baş nazirin yeni qərarı ölkənin quru sərhədlərinin daha 3 ay bağlı qalacağı deməkdir. Quru yolların açılması yalnız bundan sonra gündəmə gələ bilər. 

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-dən tətbiq edilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!