Qusar və Quba sakinlərində silah aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qusar və Quba sakinlərində silah aşkarlandı

Kriminal

25 Mart 2021 14:24 1585


Qusar və Quba sakinlərindən silah götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş İJ-20 markalı ov tüfəngi aşkar edilərək götürülüb. pizza

Eyni zamanda Quba RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırt kəndində yaşayan S.Xankişiyevin evinin həyətinə baxış zamanı oradan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!