Qusar-Xudat yolunda yol qəzası oldu, ölən var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qusar-Xudat yolunda yol qəzası oldu, ölən var - Fotolar

Hadisə

09 Fevral 2024 01:28 732


Qusar-Xudat yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonu Digah-oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məmmədov Emin Fərhad oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. pizza

Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Məmmədov Elçin Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!