Qusarda ağır qəza: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Qusarda ağır qəza: Ölən və yaralananlar var

Hadisə

03 Noyabr 2024 22:47 1168


Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Şevrolet Kruz” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Dördpendirli pizza

Hadisə ilə bağlı araşdırma başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!