Qusarda polis əməliyyat keçirdi,   saxlanılanlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qusarda polis əməliyyat keçirdi, saxlanılanlar var - Fotolar

Kriminal

19 Mart 2021 19:07 1554


Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıblar.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb. Toyuqlu pizza

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!