“Quska” ilə bağlı istintaq yekunlaşdı - Nə qədər cəza istəniləcək?

saytların hazırlanması

Evə çatdırılma

“Quska” ilə bağlı istintaq yekunlaşdı - Nə qədər cəza istəniləcək?

Sosial

23 İyul 2019 14:26 1121


Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses təxirə düşüb.

İyulun 23-də keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Həmin məhkəmə iclası günü dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib. Toyuqlu pizza

Bugünkü iclasda ittihamçının “Quska”ya, onun anasına və digər təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilirdi. Lakin proses baş tutmadığı üçün cəzanın istənilməsi növbəti iclasa qalıb.

Məhkəmə avqustun 21-də davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!