İngiltərədə qəribə hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, quşları izləyib şəkillərini çəkən həvəskar fotoqraf təsadüfən xəzinə tapıb.
Quşları izləyərkən qarşısına qədim sandıq çıxan fotoqraf sürprizlə qarşılaşıb. Dördpendirli pizza
Beləki 2 min il yaşı olan sandığın içərisindən 1 milyon 144 min dollar (təxminən 9 milyon Türkiyə lirəsi) dəyərində qızıl çıxıb.
Hadisə antik şəhər qalıqlarının olduğu yerdə baş verib.
“Axşam tarlada quşları izləyir, şəkillərini çəkirdim. Bir qartalla sağsağanın dalaşmasını izlədim. Ərazidə qəribə bir əşya gördüm.
Öncə elə bildim ki, metal bur qurğudur. Yaxınlaşanda gördüm sandıqdır. Qapağını açdım, Kelt dövrünə aid qızılları gördüm” - deyə, fotoqraf bildirib. /Cəbhə.info

Telegram kanalımız