Qüsurlu seks oyuncaqlarından ayaqqabı düzəltdilər - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Qüsurlu seks oyuncaqlarından ayaqqabı düzəltdilər - FOTOLAR

Maraqlı

23 Avqust 2022 11:32 2171


ABŞ-ın Kaliforniya ştatında geyim markalarından biri qüsurlu seks oyuncaqlarını təkrar emal edir və onlardan ayaqqabı düzəldir.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Rose in Good Faith” adlı marka seks oyuncağı sənayesinin nəhəngi olan “Doc Johnson” markası ilə işbirliyinə başlayıb.

“Plastic Soul” (Plastik ruh) adlı seriya ilə istehsal olunan ayaqqabılar məhz seks oyuncaqlarından hazırlanır. Belə ki, ayaqqabılar istifadə olunmamış, müxtəlif qüsurlar üzündən satışa buraxılmayan seks oyuncaqlarından hazırlanır. pizza mizza

İstehsal olunan ayaqqabılar ən son dəbə uyğun dizayn edilib. Buna baxmayaraq, sosial şəbəkələrdə markanı tənqid edənlər də az deyil.

“Doc Johnson”un əməliyyatlar üzrə meneceri Çad Braverman deyir ki, tənqidlərə baxmayaraq, birgə yaradılan ayaqqabı seriyası ilə fəxr edirlər:

“Mən şəxsən bu ayaqqabıları sevirəm. O, əla məhsuldur. “Doc Johnson”u ümumiyyətlə etmədiyi bir işə cəlb etmək həqiqətən maraqlı oldu. 1976-cı ildə qurulan “Doc Johnson” qüsurlu seks oyuncaqlarında istifadə olunan bəzi əsas materialları təkrar istifadə etsə də qalanlarını zibilə atırdı. Bu yolla məhsullar yenidən emal olunur. Bundan əlavə, satışdan əldə olunan gəlirin 28 faizi köməksiz qadınlara verilir”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!