Quterreş liderlərin Abu-Dəbi görüşünü yüksək qiymətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Quterreş liderlərin Abu-Dəbi görüşünü yüksək qiymətləndirdi

Dünya

11 İyul 2025 21:20 274


İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.

Yenisabah.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: Toyuqlu pizza

“Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş müqavilədə imzalananların möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!