Quterreşdən İran və İsrailə: “Hərbi əməliyyatları dayandırın”

saytların hazırlanması

Evə çatdırılma

Quterreşdən İran və İsrailə: “Hərbi əməliyyatları dayandırın”

Dünya

26 Oktyabr 2024 20:59 987


BMT-nin Baş katibi Antonio Quterreş İsrail və İranı regional müharibənin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib bütün tərəfləri Qəzza və Livan da daxil olmaqla, bütün hərbi əməliyyatları dayandırmağa və genişmiqyaslı regional müharibənin qarşısını almaq və diplomatiya yoluna qayıtmaq üçün bütün səyləri göstərməyə çağırışını qətiyyətlə təkrarlayır", - Düjarrik qeyd edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!