“Quzu kimi oturmağımı istəyirlər” – Rəhim Qazıyev 

saytların hazırlanması

Evə çatdırılma

“Quzu kimi oturmağımı istəyirlər” – Rəhim Qazıyev 

Siyasət

15 İyun 2020 07:55 1347


Sabiq müdafiə naziri Rəhim Qazıyev küçədə döyülüb.

O, "dominant.az" saytına açıqlamasında başından yaralandığını bildirib: 

“Tanımadığım bir nəfər arxadan başıma zərbə endirdi. Bilmədim kim idi. Quzu kimi oturmağımı istəyirlər, mən də quzu kimi oturmuram, sözümü deyirəm. Ona görə də döyürlər”. Dördpendirli pizza

Təcili tibbi yardımın həkimləri tərəfindən tibbi yardım göstərilən sabiq nazir hazırda polis idarəsində olduğunu qeyd edib: 

“Sağlamlığım qaydasındadır, döyməklə məni qorxuda bilməzlər. Son nəfəsimi verənə qədər sözümü deyəcəm. O gün Yeni Yasamalda polislər tərəfindən döyülən adamlardan nəyim artıqdır ki”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!