"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola uzun müddətdir komandaya rəhbərlik etməsinin səbəbini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, 2016-cı ildən "şəhərlilər"i çalışdıran 53 yaşlı mütəxəssis bildirib:
“Aydındır ki, 9 ildir, burada işləməyim çox şey deyir. "Barselona" mənim üçün xüsusi bir klub idi. Çünki mən ürəyimdəki klubun oyunçusu və baş məşqçisi olmuşdum. Klublar bir çox cəhətdən müqayisə olunmazdır. "Bavariya" kimi nəhəngin baş məşqçisi olmaq isə mənim üçün böyük dərs idi. Ancaq 9 il "Mançester Siti"də qalmağımın səbəbi yalnız burada sabitlik tapmağım və özümü yaxşı hiss etməyim oldu. Bəs əsas səbəb nə idi? Burada axmaq insanlar yoxdur”. pizza
Telegram kanalımız