Rafael Cəbrayılovdan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Rafael Cəbrayılovdan son xəbər

Kriminal

09 Avqust 2021 16:45 1729


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rəfael Cəbrayılovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə keçmiş deputat növbəti dəfə ifadə verib.

Yenisabah.az-a danışan zərərçəkmişlərdən biri Təranə Fətəliyeva yenidən məhkəmənin keçiriləcəyini deyib. Onun sözlərinə görə, məhkəmə zamanı Rəfael Cəbrayılov məsuliyyəti öz üzərindən atmağa çalışıb. O, bu məsələdə qardaşını və digər yaxınlarını ittiham edib.

Məhkəmə prosesi avqust ayının 19-na təxirə salınıb. Toyuqlu pizza

Qeyd edək ki, 15 ilə yaxın Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!