Sabiq deputat Rafael Cəbrayılovun həbsxanada qəfil ölümü çoxsaylı suallar doğurdu. Vaxtilə mandatını girov qoyub pul götürdüyü üçün gündəmə gələn eks parlamentar sonradan borclu olduğu adamların “zəngin” siyasısı ilə qalmaqala səbəb oldu.
Hazırda ən çox maraq doğuran suallardan biri budur: Rafael Cəbrayılovun borcunu kim ödəyəcək?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əsabəli Mustafayev sabiq deputatın borclarını onun varislərinin ödəməli olduğunu bildirib: pizza
“Əgər onun əmlakı varsa, borclar əmlakına yönlənəcək. Sabiq deputatın vərəsələri varsa, onlar da sözügedən ödənişə cəlb oluna bilərlər. Çünki qanuna görə, varislər ölənin həm hüquq və vəzifələrindən , həm də alacaq-verəcəklərindən məsuldurlar. Bu, onların borcudur.
Bəzən görürsən ki, ölən şəxsin çox borcu olur, ona görə həmin şəxsin mirasını ailəsindən heç kim qəbul etmək istəmir. Əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa, bu zaman icraçı məhkəməyə müraciət edilir və məhkəmə buna xitam verir. Hamı bilir ki, bu cür vəzifəli şəxslər öz adlarına əmlak rəsmiləşdirmirlər, uzaq qohum və tanışlarının adına rəsmiləşdirirlər. Ona görə də borc məsələlərində əmlak məsələsi bir qədər çətin olur, bu halda dəymiş zərəri əmlakla ödəmək olmur. Məhz buna görə biz hüquqşünaslar hər zaman deyirik ki, ölkədə gəlir vergisi tətbiq olunmalıdır. O zaman belə halları müəyyən etmək olar”.
Qeyd edək ki, Rafael Cəbrayılovun 8 nəfərə ümumi olaraq 1 milyon 550 min dollar borcu var idi. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan keçmiş deputatın işi məhkəmə mərhələsində idi.
Əsmətxanım
Telegram kanalımız