Rafael İsgəndərovdan Qurban Qurbanovla bağlı səhnəciyə münasibət

saytların hazırlanması

Evə çatdırılma

Rafael İsgəndərovdan Qurban Qurbanovla bağlı səhnəciyə münasibət

Şou

17 Noyabr 2025 16:19 645


“Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

"Yeni Sabah" qafqazinfo-ya danışan kollektivin üzvü, Əməkdar artist Rafael İsgəndərov yayılan tənqidlərə münasibət bildirib. pizza sifarişi

O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib:

“Orada Qurban Qurbanovun şəxsiyyəti təhqir olunmayıb. Nə gəldi elə yazırlar, nə yazırlarsa da özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub camaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqiredici səhnə yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!