Rafiq Hüseynlinin qızı AzTV-də işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Rafiq Hüseynlinin qızı AzTV-də işə başladı

Sosial

17 Yanvar 2020 19:15 1695


Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Modern.az-a Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.

O, bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək: Sezar pizza

“İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!