Rafiq Manaflı Milli Şuradan istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Rafiq Manaflı Milli Şuradan istefa verdi

Siyasət

16 May 2020 00:06 1182


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Yenisabah.az xəbər verir ki, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb: 

"Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm". Toyuqlu pizza

O, istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini də əlavə edib.

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!