“Rahat” market cərimələndi – Müştəriləri aldadıb

saytların hazırlanması

Evə çatdırılma

“Rahat” market cərimələndi – Müştəriləri aldadıb

Sosial

02 İyun 2025 10:55 520


“Rahat” marketlər şəbəkəsinin (“ANC GROUP" MMC) müştəriləri qiymətdə aldatdığı üzə çıxıb. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Şəbəkə bununla bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimələnib. 

Belə ki, “Rahat” Agentlik tərəfindən bu ilin martın 3-ü və aprelin 22-də inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.     Pepperoni pizza

Məlum olub ki, “Rahat”  İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub.  Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.  

Qeyd edək ki, Agentlik ümumilikdə bu ilin yanvar-aprel aylarında supermarketlər tərəfindən qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı 10 protokol tərtib edib. Bu isə bu tipli halların supermarketlər tərəfindən tez-tez baş verdiyini bir daha sübut edir.  Görünən isə odur ki, cərimə və inzibati tədbirlər hələ də effektiv deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!