Rahat uyu, ata, biz qalib gəldik! -   Şəhid qızı

saytların hazırlanması

Evə çatdırılma

Rahat uyu, ata, biz qalib gəldik! - Şəhid qızı

Hadisə

15 Noyabr 2020 13:45 4253


Yaranmasının 102 ilini qeyd edən Azərbaycan Ədliyyəsi şərəfli və qürurverici tarixi dövrü əhatə edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə gerçəkləşdirilən məhkəmə hüquq islahatları, ədliyyə işinin dünya standartlarına uyğunlaşdırılması və ölkəmizdə geniş tətbiqi sahəsində çox böyük uğurlara imza  atılıb. Ümummilli liderin siyasi irsinin layiqli davamçısı Cənab İlham Əliyevin çox gərgin əməyi sayəsində ədliyyə bu gün də özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır. 

Ədliyyəmiz mövcudluğu dövründə Azərbaycan tarixinin bir çox zəfərinin şahidi olub. Bunlardan ən önəmlisi Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən  Müharibəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı ilə qüdrətli Ordumuz erməni silahlı birləşmələrini darmadağın edib, işğal olunmuş torpaqlarımızı azadlığa qovuşdurub. Bununla da 30 illik işğal faktı, həsrət aradan qaldırılıb, daşnak tör-töküntülərinin “dənizdən dənizə böyük Ermənistan” və “Artsax” xülyalarına birdəfəlik son qoyulub.

Müzəffər Azərbaycan Ordusunun bu tarixi qələbəsi mənim üçün ikiqat bayram, sevinc oldu. Həm ata-baba yurdum Zəngilan azad olundu, həm də vaxtilə Azərbaycan Ədliyyəsində çalışan, 1993-cü ildə ərazi bütövlüyümüzün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan atam - hakim Sərdar Hüseynovun qisası alındı. 10 noyabrda müasir Azərbaycanın ən yeni şanlı tarixi yazıldı. Azərbaycan Ədliyyəsi həm birinci, həm də “VƏTƏN MÜHARİBƏSİ” adlanan  2-ci Qarabağ müharibələrində  Hüseynov Sərdar Hüseynqulu oğlu və Xəlilov Ruhin Müzəffər oğlu kimi mərd qəhrəman oğulları ilə yadda qaldı. İndiyə qədər olan minlərlə şəhid kimi atamın və digərlərinin də qisası alındı. İndi atamı və onun timsalında bütün şəhidlərimizi anaraq deyərdim ki, rahat uyuyun, qisasınız alındı,  biz qalib gəldik! pizza sifarişi

Bizlər torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Vətən Müharibəsində sağlamlığını itirən hərbçilərimizə Allahdan şəfa diləyirik. 102 yaşın mübarək Azərbaycan Ədliyyəsi! Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Sülhanə Hacıyeva

İkinci dərəcəli ədliyyə qulluqçusu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!