Rahil Məmmədov Polşanın yüksək liqa klubuna keçir?

saytların hazırlanması

Evə çatdırılma

Rahil Məmmədov Polşanın yüksək liqa klubuna keçir?

İdman

05 İyul 2024 13:34 814


Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov yeni mövsümü də Polşa Ekstraklasasında (yüksək liqa) keçirə bilər. 

Yenisabah.az xəbər verir ki, bu günlərdə "LKS Lodz"la müqaviləni qarşılıqlı şəkildə ləğv edən 28 yaşlı futbolçu ilə bağlı yeni iddia irəli sürülüb. Polşanın echodnia.eu saytının yazdığına görə, "Radomyak" klubu R.Məmmədovu heyətinə cəlb etməyə  yaxındır. 

Xəbərdə bildirilib ki, yüksək liqa təmsilçisi Rahillə razılığa gəlib, amma hələlik müqavilə imzalaya bilmir. Çünki hazırda R.Məmmədov viza məsələsinin həlli ilə məşğuldur. Məhz bundan Məmmədov Polşaya qayıdacaq.   Pepperoni pizza

Qeyd edək ki, "Radomyak" ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!