Ramanıdakı yaşıllıq qəsdən yandırılıb -   İddia

saytların hazırlanması

Evə çatdırılma

Ramanıdakı yaşıllıq qəsdən yandırılıb - İddia

Sosial

03 İyul 2019 10:23 1222


Bakı Şəhər Təhsil İdarəsinin Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən Ramana qalası ətrafında saldığı yaşıl zolaq məhv edilib.

Yayımlanan materiallarında qalanın ətrafındakı yaşıl zolağın məhv edilməsi, ərazinin yandırılması halı öz əksini tapıb.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Bakı şəhər icra hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə rəisi Orxan Məmmədov bildirib ki, əgər yaşıllaşdırma işi aparan qurum ərazini onlara təhvil veribsə o zaman ağacların bəslənməsinə də onların cavabdeh olduğunu bildirib: pizza

“Müxtəlif qurumlar müxtəlif ərazilərdə yaşıllaşdırma işləri aparırlar. Lakin onlar həmin ərazini bizim quruma təhvil verməyiblər. Ona görə də ağacların bəslənməsinə, onların vaxtlı vaxtında sulanmasına da həmin qurum cavabdehdir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, ərazidəki yaşıl zolaq məqsədyönlü şəkildə yandırılıb və fotoşəkli paylaşılıb:

“Yaşıllıq zolağı salınmış ərazi normal vəziyyətdədir, şəkillərdən də göründüyü kimi. Yaşıllıq zolağının qarşı tərəfindəki ərazini kimlərsə məqsədyönlü şəkildə yandırıb və şəklini çəkib yanlış məlumat yayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!