“Ramil Səfərovun çiyinlərinə mayor rütbəsini mən taxdım...”

saytların hazırlanması

Evə çatdırılma

“Ramil Səfərovun çiyinlərinə mayor rütbəsini mən taxdım...”

Siyasət

27 May 2020 17:27 6700


Bəzən özümə söz verirəm ki, qələmə azca istirahət verim. Lakin mümkün olmur. Sanki hər şeydən qurtarmışdıq, qalmışdı Ramil Səfərov məsələsi… İndi də sosial şəbəkələrdə  ona qarşı hücumlar ara vermir. Azərbaycan zabiti bayrağımızı təhqir edən ermənini yataqda öldürdüyünə görə cinayətkar kimi qələmə verilir. Başqaları tərəfindən yox, bu dəfə təşəbbüs özümüzünkülərə məxsusdur. Avropa məhkəməsinin qərarı bizim demokratları ermənilərdən daha tez yerindən oynatdı.

Sözün bitdiyi yerdir. Nə deyəsən, necə başa salasan ki, ay adamlar, ay xalqımın dil pəhləvanları, Xocalı faciəsini, Şuşa müsibətini, yoxsa yataqdan qaldırıb kütləvi surətdə soydaşlarımızı qətlə yetirən düşmənin cinayəti Ramilin başını əzdiyi erməninin yanında  toya getməlidir!? Bəlkə körpə bir qız balamızın dərisini diri-diri soyaraq zövq alan Zori Balayanın cinayətindən Ramilin bayraq təəssübünü çəkərək ermənini cəhənnəmə vasil etməsi daha ağırdır!?

Düzəlmədik. Bu gedişlə heç düzələsi də deyilik… Ramil Səfərov mənim üçün bir qəhrəmandır. O, ömürlük cəzadan azad edilərək Macarıstan həbsxanasından Azərbaycan Prezidentinin səyi ilə vətənə qaytarılarkən MN-də nazir Səfər Əbiyevin qəbulunda oldu. Görüşdə nazir müavini general- leytenant  Çingiz Məmmədov, beynəlxalq əlaqələr üzrə idarənin rəisi general-mayor Ramiz Nəcəfov və bir də mən iştirak edirdik. Həmin gün müdafiə nazirinin əmri ilə Ramilə mayor rütbəsi verildi. Qəbul otağında onun çiyinlərinə rütbəni mən taxdım və tədbir barədə geniş məlumat hazırlayıb nazirin razılığını aldıqdan sonra yaydım. Bizim bu xəbərimiz geniş əks – səda doğurdu. Ermənistanda isə ciddi etirazlarla qarşılandı. Marqarita pizza

Ramil yəqin ki, dediklərimi unutmayıb. İndi bu məsələnin  özümüzünkülər tərəfindən müzakirəyə çıxarılmasının motivləri başa düşülmür. Erməni mətbuatı məhz bizimkilərə istinad edərək xalqımızın simasında vəhşi obraz yaratmaq üçün dəridən – qabıqdan çıxır. Bəlkə bizə elə bu lazımmış? Yazıq millət!!! Yazıq xalq!!!

Eldar Sabiroğlu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!