Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailanda yola düşüb.
Yenisabah.az xəbər verir ki, "Qarabağ"la müqaviləsi başa çatdıqdan sonra Ağdam klubundan ayrılan 27 yaşlı hücumçu səfər etdiyi ölkədən şəkil paylaşıb. Tailandın sosial media səhifələri qeyd edib ki, "Ramil yeni komandasında məşqlərə başlamazdan əvvəl Çin məhəlləsində gəzintiyə çıxıb".
Şeydayevin yeni komandası olacaq "Buriram Yunayted"in məşqlərə iyunun 14-də başlayacağı bildirilib. Yaxın vaxtlarda azərbaycanlı futbolçunun klubu ilə müqavilə bağlayacağı gözlənilir. Onun bir mövsümə 750 min avro qazanacağı da iddia olunur. Pepperoni pizza
Telegram kanalımız