Ramil Şeydayev iki məhsuldar ötürmə verdi, komandası qələbə qazandı

Ramil Şeydayev iki məhsuldar ötürmə verdi, komandası qələbə qazandı

İdman Veb saytların hazırlanması

15 Sentyabr 2023 18:12 426


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!