Ramil Şeydayev “Kocaelispor”da ilk qolunu vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Ramil Şeydayev “Kocaelispor”da ilk qolunu vurdu 

İdman

15 Aprel 2024 10:37 852


Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir. 

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" evdə  "Giresunspor"la üz-üzə gəlib. Matçda "Kocaelispor" 2:0 hesablı qələbə qazanıb. 

Ramil bu oyunda meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu fərqlənməyi də bacarıb. O, 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. "Kocaeispor"un digər qolunu isə 76-cı dəqiqədə Daniel Kandeyas vurub.  Dominos pizza

Qeyd edək ki, hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdür. 

Xatırladaq ki, Ramil bu qış Türkiyə təmsilçisinə keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!