Millimizin və "Dinamo"nun (Rusiya) futbolçusu Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirə bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə FİFA meneceri Erkin İbrahimov məlumat verib. O, 24 yaşlı hücumçunun "Neftçi"də çıxış edə biləcəyini söyləyib: "Deyilənlərə görə, Ramil Şeydayev hazırda Bakıdadı və Neftçi ilə danışıqlar aparır. Bunun həqiqət olub-olmadığını deyə bilmərəm.
Heç istəməzdim, Ramil Azərbaycan yenidən çempionatında çıxış etsin. Mənə görə onun üçün hazırda ən ideal seçim Polşa çempionatı olardı. Bir insayd məlumatı da sizinlə bölüşüm. Ramilin Dinamo ilə müqaviləsində elə bir bənd var ki, klubun futbolçumuzu istənilən an kompensasiya ödəmədən xaric etmək hüqüqu var". Toyuqlu pizza
Qeyd edək ki, Ramil Şeydayev yayda "Dinamo"ya transfer edilib, lakin Rusiya mətbuatı onun ümidləri doğrultmadığı üçün qışda klubdan ayrılacağını yazırdı.
Naibə Məmmədova
Telegram kanalımız