Ramil Şeydayev onunla görüşə bilməyən azarkeşin iş yerinə getdi – Foto 

saytların hazırlanması

Evə çatdırılma

Ramil Şeydayev onunla görüşə bilməyən azarkeşin iş yerinə getdi – Foto 

İdman

10 Mart 2020 10:53 888


Kürdəmirə səfər edən Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ramil Şeydayev doğma rayonunda azarkeşlərlə görüş təşkil edib.

Yenisabah.az xəbər verir ki, hücumçu onunla görüşmək istəyən, lakin görüşə gələ bilməyən azarkeşə jest edib. 

Onun Kürdəmirə səfərə gedəcəyi ilə bağlı "Facebook"dakı paylaşımına izləyicilərdən biri işdə olacağı üçün gələ bilməyəcəyini yazıb. Bunu nəzərə alan Şeydayev onunla görüşmək üçün azarkeşin iş yerinə gedib.  pizza mizza

Şeydayev onunla fotosunu paylaşımın rəy bölməsinə əlavə edib. Bu azarkeşlərdə böyük marağa səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!