Ramil Şeydayev yenidən “Qarabağ”da - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ramil Şeydayev yenidən “Qarabağ”da - RƏSMİ

İdman

18 Sentyabr 2025 22:36 334


"Qarabağ" FK heyətini yeni hücumçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə müqavilə imzalayıb. Pepperoni pizza

Qeyd edək ki, "Neftçi" ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar"ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya) və "Buriram Yunayted"də (Tayland) çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!