Ramil Şeydayevə görə Rusiya klubuna qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Ramil Şeydayevə görə Rusiya klubuna qadağa qoyuldu

İdman

05 Fevral 2020 19:54 1107


Rusiya Futbol Federasiyası milli komandamızın hücumçusu Ramil Şeydayevin sabiq klubu "Dinamo"ya qarşı şikayətini təmin edib.

"Yeni Sabah" xəbər verir ki, qurum Moskva "Dinamo"suna heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. 

Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan federasiya rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəlib. Federasiyanın qərarına əsasən, "Dinamo" Şeydayev qarşısında müqavilə öhdəlikləirini tam yerinə yetirdikdən sonra qadağa aradan götürülə bilər. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat ödəməlidir. Pepperoni pizza

Qeyd edək ki, Şeydayev "Dinamo"ya 2019-cu ildə "Krılya Sovetov"dan keçmişdi. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!