Ramiz Göyüşovdan 2 min manat alanda tutulub

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Göyüşovdan 2 min manat alanda tutulub

Kriminal

10 Sentyabr 2021 15:23 1573


“Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır. pizza sifarişi

 Vəkil bildirib ki, M.Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

 Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!