Milli Məclisin deputatı Etibar Əliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin dərhal vəzifəsindən istefa verməli olduğunu deyib.
Yenisabah.az xəbər verir ki, deputat AMEA-nın prezidentinin dövlətin qanunlarına hörmətsizlik etdiyini vurğulayıb.
"Ramiz Mehdiyev pandemiya dövründə ölkənin Karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Və Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır..." - deyə Etibar Əliyev bildirib. Toyuqlu pizza
Qeyd edək ki, Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə təmtəraqlı toy məclisi təşkil etməsi və məclisdən yayılan video görüntülər ölkədə rezonansa səbəb olub.
Telegram kanalımız